HAQQINDA

SÖHRAB RƏHİMOV

Söhrab Rəhimov mülki inşaat sektorunun bütün mərhələlərin təşkilində yeni texnologiyaların tətbiqi, işin düzgün ardıcıllıqla qurulması və davamlı təqibi, riskin müəyyən edilməsi, həmçinin, dayanıqlı arxitektura prinsipləri və müasir rasional memarlıq fəlsəfəsini dəstəkləyən, 24 illik təcrübəyə sahib ekspertdir. O, müasir texnologiyaların Azərbaycanda tətbiqini və yeni nəsil mühəndis və memarların yetişdirilməsini ən prioritet məsələlərdən hesab edir.

Söhrab 1974-cü ildə Bakıda şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Səbail rayonu, Hüseyn Cavid adına 132 nömrəli orta məktəbdə (hazırkı 132-134 nömrəli Təhsil Kompleksi) almışdır.

1990-cı ildə hələ 16 yaşında ikən o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin nəzdində texnik-konstruktor vəzifələrində işləməyə başlamış və 2 il orada gənc kadr kimi çalışmışdır.

1992-ci ildə Türkiyənin İstanbul Texniki Universitetinin Memarlıq fakültəsinə qəbul olan Söhrab 1997-ci ildə bu ixtisas üzrə təhsilini tamamlamışdır.

O, 1996-2007 illərdə Türkiyənin İstanbul şəhərində memar-mühəndis olaraq müxtəlif işləri icra etmiş və həmin müddətdə bir çox layihələrdə fəal iştirak etmişdir.

2007-ci ildən bu yana Söhrab Azərbaycanın bir sıra aparıcı və nəhəng şirkətlərində mühüm memarlıq və inşaat layihələrində iştirak edərək peşəkar fəaliyyətini davam etdirir.

Onun peşəkar fəaliyyəti memarlıq layihələrinin hazırlanması və idarə edilməsi ilə yanaşı, inşaat layihələrinin idarə edilməsini və riskin dəyərləndirilməsini də əhatə edir.